Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq


Azərbaycanda “Mühasibat uçotu haqqında” qanuna əsasən, mühasibat uçotu subyektlərinin Maliyyə Nazirliyinə təqdim etməli olan maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən “e-mühasibat” elektron portalının yaradılması planlaşdırılır.


Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Maliyyə Nazirliyinə həvalə olunub.

Elektron portalın yaradılması ilə bağlı ilkin təkliflərin müəyyən edilməsi, maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən elektron portal ilə əlaqədar müvafiq sənədlərin və portalın layihəsinin hazırlanması, “e-mühasibat” elektron portalının yaradılmasının başa çatdırılması nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu