Yaxın 2 ildə Azərbaycanda bütün dövlət qurumlarının çağrı mərkəz yaradılacaq


Azərbaycanda çağrı mərkəzləri mövcud olmayan dövlət orqanlarında (qurumlarında) bu xidmətlər təşkil ediləcək, mövcud çağrı mərkəzlərinin işi təkmilləşdiriləcək və çağrı mərkəzləri tərəfindən göstərilən xidmətlərin ümumi tələblər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görüləcək.


Bu barədə məsələlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, məsələnin əsas icraçısı Nazirlər Kabineti, digər icraçıları aidiyyəti dövlət orqanlarıdır (qurumları).

Qeyd edilən müddəanın icra müddət 2022-2024-cü illərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu