Əziz Məmiyevin güc strukturları tərəfindən təqibə məruz qalması iddiaları absurddur - DİN


Paytaxt sakini Əziz Məmiyevin uzun müddətdir güc strukturları tərəfindən təqibə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı iddialar etməsi tamamilə absurddur.


AFN.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. "Sosial şəbəkə seqmentlərində paylaşılan bu iddiaların məqsədi humanitar viza partfelinə əlavə “həbs, cəza, təqib” sənədlərinin toplanmasından irəli gəlir. Baxaq – sələfləri necə edirdi? İndi onlar hardadır, necə siyasi mühacir ola bildilər? Bu, o yoldur, həmin koordinantdır" - deyə E.Hacıyev qeyd edib: "Onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır. Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib. Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq edilib. Axı, niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda məntiq?

Bununla yanaşı, bildirirdi ki, DİN tərəfindən onun bank hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə görə cərimə rüsumu tutulub. İzah olundu, danışıldı, ancaq mənası olmadı.

Bu kimi çeşidli iddiaların mahiyyəti aydındır, məlumdur. Polisə qarşı bu və ya digər iddiaların heç bir halda təməl əsası yoxdur, həqiqəti əks etdirmir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu