"Sayğac dəyişdirilməsi haqda sənəddə abonentin imzası yoxdursa, məhkəmə bizim əleyhimizə qərar verir" - "Azəriqaz"ın rəhbəri


“Sayğac dəyişmə üzrə hər-hansı plan və məcburiyyət qoyulmayıb ki, hansısa abonentin sayğacı məhz filan gün dəyişdirilməlidir. Əməkdaşlarımız arasında töhmət alan 300 nəfər məhz bu səbəbdən cəzalandırılıb”.


Bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev abonentlərin xəbəri olmadan sayğacların dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kifayət qədər dəyişiləsi, eləcə də dövlət yoxlanılmasına getməli olacaq 800-ə yaxın sayğac var:

“Bu gün o sayğaclar dövlət yoxlanılmasına getməlidir. Bizim texniki heyət sayğac dəyişdirilməsi ilə bağlı prosesdə iş planını abonentlərin iş saatlarına uyğun tənzimləməlidir. Razıyam ki, təəssüf ki, bu hallar var. Bu hallara qarşı da biz ciddi tədbirlər görürük. Çünki sayğacın çıxarılması abonentin iştirakı ilə həyata keçirilməyibsə, sayğacdakı hər-hansı qüsur və digər məsələlər heç bir halda təsdiqini tapmayacaq. Əgər sayğacda hansısa qüsur varsa və “Azəriqaz” İB-yə ziyan vurulubsa, ona dəymiş ziyan hesablanarsa, sənədə baxılır. Həmin sənəddə abonentin sayğac çıxarılan zaman iştirakının olub-olmamasının imza ilə təsdiqinə baxılır. Əgər olmayıbsa, artıq məhkəmə qərarı qurumun əleyhinə çıxır, ümumi bizim işimizə də problem yaradır. Ona görə biz özümüz də maraqlıyıq ki, sayğac dəyişdirilməsi zamanı abonentin iştirakı mütləq təmin edilsin”.

Oxu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu