Deputat: "Dövlət qurumlarında narkotik testindən keçirilməsinə ehtiyac olan şəxslər var"
“Bizdə qeyri-rəsmi məlumatlar var, dövlət qurumlarında narkotik testindən keçirilməsinə ehtiyac olan, narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”.
“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
“Biz öncədən xəbərdarlıq edilmədən narkotiklə bağlı müayinəni dövlət qurumlarında həyata keçirməliyik. Bizə lazımdır ki, narkoman aşkar olunsun. Onlar dövlət qurumunda yer almasın”, - o vurğulayıb.