Ruslan Abışov: "Dopinqlə bağlı ciddi yoxlamalar var"


"Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm".


AFN.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov jurnalistlərə açıqlamasında deyib.

Hazırda "Zirə" klubunda çıxış edən təcrübəli müdafiəçi oyunlar vaxtı ciddi yoxlamaların olduğunu bildirib: "Əvvəllər belə deyildi. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də 3-4 dəfə testdən keçmişəm. Bu, idmançılar üçün də xeyirlidir. İnanıram ki, bundan sonra heç bir futbolçularımız ciddi dopinq qalmaqalına düşməyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu