Rəşad Sadıqov Avro-2020-nin finalını şərh edəcək


Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Zirə" klubunun baş məşqçisi olan Rəşad Sadıqov Avro-2020-nin final matçını şərh edəcək.


Təcrübəli mütəxəssis İtaliya və İngiltərə arasında sabah keçiriləcək finalın matçı zamanı şərhçi Tural Dadaşovla birlikdə İctimai TV-nin mikrofonu arxasında olacaq.

Qeyd edək ki, R.Sadıqov futbolçu ikən hər iki komandaya qarşı çıxış edib.

Xatırladaq ki, final matçı iyulun 11-də saat 23:00-da start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu