Ziya Məmmədovun nəvəsi üçün 200 minə xüsusi maşın yığıldı - VİDEO


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov daha bir hərəkəti ilə gündəmə gəlib.


AFN.az Yenisabah.az-a istinadən xəbər verir ki, o, oğlu Ziya üçün xüsusi maşın yığdırıb. Bu barədə videonu tanınmiş türk iş adamı Erbakan Malkoç paylaşıb. İş adamı Anar Məmmədovun oğlu Ziya üçün xüsusi yığılmış maşını təqdim etdiyi görüntüləri izəyiciləri ilə bölüşüb.

Erbakan Malkoç qeyd edib ki, bu maşın tamamilə sabiq nazirin nəvəsinin öz seçimi ilə yığılıb. Kiçik Ziya da maşını bəyəndiyini bildirib.

Qeyd edək ki, Erbakan Malkoç "Mercedec Viano" markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.

Avtosfer.az bildirir ki, bu avtomobilin qiyməti təxminən 200 min manatdır.

Həmin görüntüləri təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu