Vüqar Gülməmmədov: "Dövlət satınalmaları zamanı zəruri ehtiyaclar düzgün müəyyən edilmir"


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.


AFN.az xəbər verir ki, iclasda Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iclasda çıxışı zamanı bir neçə əsas məsələ ilə bağlı diqqəti cəlb edib.

O, dövlət satınalmaları sahəsi üzrə dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməməsini, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməməsini, bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməməsini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu