Ukraynada hərbi vəziyyət rejimi daha 30 gün uzadılıb
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə layihəni qəbul edib.
“Report” UNN-ə istinadən xəbər verir ki, bunu xalq deputatı Yaroslav Jeleznyak bildirib.
Hərbi vəziyyət rejimi aprelin 25-dən mayın 25-dək qüvvədə olacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərmişdi.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət iki dəfə uzadılmışdı.