Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha üç ay uzadılıb


Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb.


AFN.az bildirir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.

Fevralın 6-da Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin üç ay uzadılmasına dair qanun layihələrini parlamentə təqdim edib. “Parlament hərbi vəziyyətin müddətinin uzadılması haqqında qanunu 348 nəfər lehinə olmaqla qəbul edib. Hərbi vəziyyət 19 fevral 2023-cü il tarixindən etibarən yenidən 90 gün davam edəcək. Həmçinin parlament ümumi səfərbərlik müddətinin uzadılması haqqında qanunu da 344 nəfər lehinə olmaqla qəbul edib. 2023-cü il fevralın 19-dan eyni müddət yenidən 90 gün davam edəcək” - deyə deputat Jeleznyak tvitter hesabında yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu