Zelenski sərtləşdirilmiş səfərbərlik haqqında qanunu imzalayıb


Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi səfərbərlik şərtlərini sərtləşdirən qanunu təsdiqləyib.



Ukrayna parlamentinin saytında Zelenskinin səfərbərlik, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı bəzi məsələləri təkmilləşdirmək üçün yeni səfərbərlik qanununu imzaladığı bildirilib.

Qanun rəsmi dərc edildiyi gündən 1 ay sonra qüvvəyə minir.

Qeyd edək ki, Ukrayna parlamenti aprelin 11-də hərbi səfərbərlik şərtlərini sərtləşdirən qanun layihəsini qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu