Prezidentin İşlər İdarəsinin yüksək vəzifəlisi sürücünü döyüb təhqir etdi - VİDEO


Prezidentin İşlər İdarəsi Prezident Sarayının Təminatı şöbəsinin müdiri Sultan Dadaşov küçədə motosiklet sürücüsünü küçədə döyüb təhqir edib.


AFN.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, Az 10 VX 707 nömrə-nişanlı, "Lexus" markalı avtomibillə yolda hərəkət edən S.Dadaşov motosiklet sürücüsünə siqnal verərək yoldan çıxmasını istəyir. Motosiklet sürücüsü etiraz etdikdə isə avtomobili onun ayağının üstündən keçirərək qarşısında saxlayır. Daha sonra avtomobildən düşən S.Dadaşov motosiklet sürücüsünə fiziki güc tətbiq edərək ona qarşı ağır təhqirlər səsləndirir. İşlər İdarəsi vəzifəlisinin avtomobilindəki uşaq da diqqət çəkib.
Görüntülər sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: “Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, S.Dadaşov özü də olayla bağlı açıqlama verib. “Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”. Gununsesi.info-ya açıqlamasında o, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu