Rusiyada parka qumbara atıldı, yaralılar var


Rusiyanın Vladimir vilayətində parkda qumbara partlayıb.


TASS xəbər verir ki, yerli sakinlərdən biri ilə parkda abadlıq işləri aparan işçilər arasında mübahisə yaranıb. Bu zaman sözügedən sakin onlara qumbara atıb.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Qumbaranı atan kişi isə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu