Azərbaycanda avro rekord səviyyədə ucuzlaşdı


Son zamanlar avro dollara nisbətən ucuzlaşmağa başlayıb.


Son 12 ay ərzində Avropa valyutası dəyərinin 12%-ni itirib.

Bu, Azərbaycan manatı ilə müqayisədə də özünü büruzə verir. Belə ki, Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 avro 1,78 manata bərabərdir. Bununla da avronun məzənnəsi demək olar ki dollarla eyniləşməyə yaxındır.

Analitiklərin fikrincə, avronun qiymətdən düşməsi Avropa iqtisadiyyatının resessiya perspektivləri ilə izah olunur.

Bundan əlavə, ABŞ-ın inamlı iqtisadi fəaliyyəti investorların dollar yatırımlarına üstünlük verməsi ilə nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu