Körpəsini yerə çırpan ata ilə bağlı qərar verildi

Bakıda övladını qəsdən yerə çırpmaqda təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.
Bu barədə təqsirləndirilən şəxsin vəkili Toğrul Şiriyev "Qafqazinfo"ya məlumat verib.
O bildirib ki, Yasamal Rayon Məhkəməsi Samir Ağakərimovla bağlı qərar elan edib.
"Məhkəmə S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçib".
Qeyd edək ki, Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində S.Ağakərimov 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.