Hulusi Akar: “Türkiyədəki qaçqın sayı 3 milyon 700 minə düşüb”


“Qayıdışlardan sonra Türkiyədə qaçqın sayı 3 milyon 700 minə düşüb”.


Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sözcü” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qaçqınların BMT meyarlarına uyğun formada etibarlı, könüllü və hörmətli şəkildə qayıdışları üçün lazımi şəraitin yaradılması istiqamətində hər cür tədbirlər görülür:

“Biz tariximizə, keçmişimizə, əcdadlarımıza yaraşacaq şəkildə lazım olanları etdik, etməyə də davam edirik. Bizim etdiyimizi heç kim edə bilməyib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu