“Vətəndaşların gətirdikləri dərmanların ölkəyə buraxılmasına şərait yaradılmalıdır”


Milli Məclisdə vətəndaşların özləri ilə xaricdən gətirdikləri dərmanların gömrükdən ölkəyə buraxılmasına şərait yaradılması təklif edilib.


Bunu Milli Məclisin bugünkü çıxışı zamanı Siyavuş Novruzov bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanda dərman qiymətləri olduqca yüksəkdir: “Azərbaycana Ukrayna və Rusiyadan dərman idxal edilirdi. Biz münaqişəsinin bitməsini gözləyə bilmərik. Biz Azərbaycan əhalisinin sağlmalığını qorumaq üçün tədbirlər görməliyik. İnsanların gətirdikləri dərman preparatlarının istər gömrük, istərsə də digər yerlərdən ölkəyə buraxılmasına şərait yaradılmalıdır. Ölkənin dərman bazası daha çox olmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu