Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib
Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib.
Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən Q.Ədilova Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.