DİN generalı: “Pandemiya cinayət qruplaşmaları üçün yeni imkanlar açıb”


Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı dinlənilib.



Oxu.Az-ın məlumatına görə, illik hesabatı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.

O bildirib ki, 2020-ci ildə pandemiyanın doğurduğu problemlər və sosial-iqtisadi fəsadlar əksər ölkələrdə insan alverinə məruz qalma hallarını artırıb:

“Pandemiya cinayət qruplaşmaları üçün yeni imkanlar açıb, məcburi əmək, məişət zorakılığı ilə müşayiət olunan cinsi zorakılıq halları, ölkədaxili insan alveri cinayətləri xeyli çoxalıb.

BMT-nin insan alverinə dair ümumdünya hesabatına əsasən, qlobal miqyasda müəyyən edilmiş qurbanların 50 faizi cinsi istismara, 28 faizi məcburi əməyə cəlb edilməyə məruz qalıb, 6 faizi cinayətkar fəaliyyətə cəlb olunub. Qalanı dilənçilik, məcburi nikah, insan orqanlarının alqı-satqısı və digər məqsədlər üçün istismar edilib”.

S. Əzimov qeyd edib ki, COVID-19-la bağlı ölkəmizdə tətbiq edilən məhdudiyyətlər insan alverinə qarşı mübarizədə planlaşdırılan tədbirlərin tam şəkildə keçirilməsini istisna edib, lakin bununla belə insan alverinə qarşı cinayətlərin aşkar edilməsi, qarşısının alınması, onlara şərait yaradan halların müəyyən edilib aradan qaldırılmasına dair fəaliyyət diqqət mərkəzində olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu