Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılıb
Ötən il Azərbaycanda məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılıb.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.
Onları törədən 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən qalan 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində isə hazırda lazimi tədbirlər görülür.