Bakının mərkəzi küçələrindən biri bağlanır


“Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq və Neftçilər prospektlərinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.


Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.

Sürücülərdən Zərifə Əliyeva küçəsindən alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu