İTV futbol üzrə dünya çempionatını yayımlayacaq


İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq.


AFN.az xəbər verir ki, bunu İTV-nin baş direktoru Balaş Qasımov APA-ya açıqlamasında deyib.

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır:

“Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.

Balaş Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb:

“Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu