Xırdalanda yaşayış binasında yanğın başlayıb, sakinlər təxliyə edilib


Xırdalanda yaşayış binasında yanğın başlayıb.


“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Abşeron Gənclər Şəhəriciyində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub. Sakinlər binadan təxliyə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu