Rüşvətə görə saxlanılan məmurlar ev dustaqlığına buraxıldı


Bir müddət öncə korrupsiya əməllərində şübhəli bilinərək saxlanılan Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbsqətimkan tədbiri dəyişdirilib.


Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs ev dustaqlığına buraxılıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti saytımıza təsdiq edib və bildirilib ki, hazırda ibtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Vahid İsayev və Rəşad Şükürov da məhz həmin yoxlamalardan sonra həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu