Son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 778 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 948, bu günə qədər isə ümumilikdə 6 898 425 test icra olunub.