“Azərbaycan Türkiyənin dəstəyini çox yüksək qiymətləndirir”
“Azərbaycan hər zaman qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin tam dəstəklənməsini, xüsusi olaraq 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə tam siyasi və mənəvi dəstəyini çox yüksək qiymətləndirir”.
AFN.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edərək strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə qədər ucalıb”, - deyə nazir qeyd edib.
C.Bayramovun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi bölgədə sülh, əmin-amanlıq və iqtisadi tərəqqiyə xidmət edir.