11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident – Yaralılar var


Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verib.



Hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.



Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında Sərxan adlı mayorun, Sunay adlı mayorun (onun regional idarə rəisinin köməkçisi olduğu bildirilir) olduğu deyilir. Bundan əlavə, Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin də yaralandığı iddia olunur.



Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da bildirilir. Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Digər məhkumların da özünə xəsarət yetirdikləri deyilir.



İnsidentə səbəb kimi müəssisə rəhbərliyinin məhkumlara qarşı kobud davranışı, psixoloji və mənəvi təzyiqlər göstərilir.



Bu barədə Criminal.az-a məhkumlar məlumat veriblər. Onların iddialarına görə, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupunun göndərilməsi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu