Penitensiar Xidmət "türmə"dəki qiyam xəbəri ilə bağlı açıqlama verdi


Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verdiyinə dair iddialar yayılıb.


Xəbərə görə hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.

Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında ədliyyə zabitlərinin, məmurlarının olduğu deyilir.

İddialar arasında qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı yer alıb.

İnsidentə səbəb kimi isə müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilib.

Məsələ ilə bağlı "Ölkə.Az"a amıqlama verən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirilib ki, bu, tamamilə yalan bir məlumatdır:

“Elə bir hadisələr baş verməyib. Heç bir qanlı insidentdən söhbət belə gedə bilməz. Nə məhkumlar arasında, nə də ki müəssisə əməkdaşları arasında xəsarət alan olmayıb. Tamamı ilə yalan məlumatdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu