“Mogan Hotel” məhkəməlik oldu


Bakıda məşhur beşulduzlu “Mogan Hotel” barəsində məhkəmə iddiası qaldırılıb.


“Qafqazinfo”nun məlumatına görə, şirkət yanğın təhlükəsizliyi qaydalarının pozulmasında təqsirli bilinir.

Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi tərəfindən “Mogan Hotel” barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib. Protokola hakim Fərid Yaqubovun sədrliyi ilə baxılacaq.

İddia təsdiqini taparsa, hoteli cərimə cəzası gözləyir.

Qeyd edək ki, Mogan Hotel Bakıda fəaliyyət göstərən ən dəbdəbəli hotellərdən sayılır. Burada bir otaqda gecələmənin qiyməti 220 manata yaxındır. Hotelin rəhbəri türkiyəli Özer Ocaktandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu