İş adamı Azərbaycandan köçür - Qəbələdəki hotelini satışa çıxardı


Qəbələdə daha bir məşhur hotel satışa çıxarılıb.


AFN.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, satılan obyekt şəhərdə fəaliyyət göstərən Fortuna Butik Hoteldir.

25 sot ərazinin içərisində inşa olunan hotelin sahəsi 1400 kvadrat metrdir. Obyekt 2 200 000 manata təklif olunur.

Hotelin satılmasının səbəbi isə adı açıqlanmayan sahibinin ölkədən köçməsi ilə əlaqədadır.

Hotel 2018-ci ildə istismara verilib.

Xatırladaq ki, bundan əvvəl Qəbələ rayonunun Vəndam qəsəbəsində tikintisi dayandırılan daha bir hotel kompleksli istirahət mərkəzi də satışa çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu