Türkiyədə ağır yol qəzası zamanı 8 nəfər ölüb, yaralılar var


Türkiyədə ağır yol qəzası olub.


Bu barədə "Dəmirören" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Balıkəsir vilayətində qeydə alınıb. Mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində azı 8 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Qeyd edilir ki, 6 nəfər yerindəcə, daha 2 nəfər xəstəxanada dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu