Goranboyda yol qəzası olub, ölən və xəsarət alan var


Goranboy rayonunda ağır avtomobil qəzası olub.


Hadisə rayonun Goran qəsəbəsinə yaxın ərazidə baş verib.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə, qəzada bir nəfər ölüb və daha bir nəfər ağır yaralanıb. Yaralı, 1963-cü il təvəllüdlü Məmmədova Fatma Məmməd qızı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu