Türkiyə İranın planını pozdu, İsrail təşəkkür etdi


Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) MOSSAD-dan gələn kəşfiyyat məlumatları əsasında İranın Türkiyədəki İsrail vətəndaşlarını qaçırmaq planına mane olub.

Bu barədə İsrail xarici işlər naziri Yair Lapid sosial media hesabında yazıb.

"İranın israillilərə qarşı terror aktı təşkil etmək cəhdləri səbəbindən İsrail vətəndaşlarını İstanbul və Türkiyəyə səyahət etməməyə çağırıram. Ümid edirik ki, bu xəbərdarlıq uzun müddət qüvvədə olmayacaq. Bu, turizm mövsümüdür. Tezliklə təhlükəsizlik təmin olunacaq. İsraillilər Türkiyəyə gələcək və onların burada xoş vaxt keçirmələri üçün hər cür səy göstərilir. İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylərə görə Türkiyə hökumətinə təşəkkür edirik", - Lapid bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu