Birinci Qarabağ müharibəsində meyitləri qaytarılmayan azərbaycanlıların sayı bilindi
Xəbər verdiyimiz kimi, bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.
AFN.az xəbər verir ki, iclasda qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həm Ermənistan ərazisində, həm də işğal edilmiş ərazilərdə saxlanılan 54 nəfər Azərbaycan vətəndaşına baş çəkilib, onlardan 17 nəfərinin meyiti sonradan Azərbaycana təhvil verilib, 33 nəfərin öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb, 4 nəfərin isə sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib.