Sevinc Məhərrəmovanı qətlə yetirən ərinə ağır cəza verildi


Bakıda arvadına sığınacaq verən qonşularını bıçaqlayıb, daha sonra arvadını qətlə yetirən Füzuli Qarayevə hökm oxunub.


"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il avqustun 3-də Zirə qəsəbəsində baş verib. 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova özündən 18 yaş böyük əri tərəfindən öldürülüb.

Füzuli Qarayev arvadının onunla mübahisə etdikdən sonra qonşusu Röyal Hüseynovun evinə sığındığını bilib. Oraya gedərkən küçədə Röyal Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb. Daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Qeyd edək ki, hələ ötən ilin martında S.Məhərrəmovanın əri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər.



Fotoda: Sevinc Məhərrəmovanın bədənindəki xəsarət izləri

F.Qarayev isə ailəsində yaşanan problemlərə görə feministləri günahkar hesab edir. O ifadəsində bildirib ki, həyat yoldaşını düşüncə baxımından feminist xalası qızı Nigar və başqa şəxslər yönləndiriblər ki, uşaqlara baxmasın, ərini həbs etdirib öz həyatını yaşasın. Sevinc üç dəfə Füzuli barəsində polisə şikayət edib. Bundan başqa F.Qarayev ifadəsində həyat yoldaşının tez-tez evdən getdiyini, buna görə də qayınatasının ona "mən bacarmıram artıq, qızımı öldür" dediyini bildirib.

Onların 2 azyaşlı övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu