“Metak” şirkəti məhkəməyə verildi


Plastik boru istehsalı ilə tanınan “Metak” şirkəti məhkəməlik olub.


AFN.az xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Belə ki, gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Metak” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, şirkətin təsisçisi Alik Kərimovdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu