AQTA: "Bakıda tələbələrin zəhərlənməsi ilə bağlı yayılan məlumat yalandır"


Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2 tələbəsi - Balayev İslam Oruc oğlu və İmanov Bahadur Muradxan oğlunun kolbasa məhsulundan zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt təsdiqini tapmayıb.


Bu barədə AFN.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, adıçəkilən şəxslər ötən gün 2 saylı Kliniki Uşaq Xəstəxanasına müraciət ediblər: "Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Onlara “kəskin qastrit” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar".

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu