Bakıda tələbələr kolbasadan zəhərləndilər


Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.


Hadisə dünən günorta saatlarında baş verib. Təhsil Mərkəzinin iki tələbəsi -17 yaşlı İslam Balayev və Bahadur İmanov - qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib.

İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərləndikləri üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu