Şuşada daha 15 yaşayış binasının inşasına dair açıq tender elan olunub


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Cənub yaşayış zonasında salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.


Bu barədə AFN.az-a idarədən bildirilib.

Məlumata görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan binalarnın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avto dayanacaqla təmin olunması nəzərdə tutulur.

Şirkətlər avqustun 9-na qədər hüquqi sənədləri, avqustun 18-nə qədər isə təklifi və təklifin təminatı sənədlərini isə idarəyə yollaya bilərlər.

Xatırladaq ki, iyunun 23-də Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu