Türkiyənin sabiq xarici işlər naziri vəfat edib


Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen vəfat edib.


AFN.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, İ.Türkmen 1927-ci ildə İstanbulda anadan olub. O, 1949-1991-ci illərdə müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Saim Bülend Ulusunun dövründə xarici işlər naziri vəzifəsində çalışıb. 1983-cü ildə Türkiyənin BMT-nin Cenevrədəki, 1985-ci ildə Nyu-Yorkdakı ofisində daimi nümayəndəsi olub. Yunanıstan, keçmiş SSRİ, Fransa və s. ölkələrdə səfir kimi fəaliyyət göstərib. Eyni zamanda 1991-1996-cı illərdə BMT Baş katibinin müavini vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu