ADY: "Qəzaya uğrayan qatar Gürcüstan dəmir yollarına məxsusdur"
İyulun 9-da Saatlı stansiyası yaxınlığında ölkəmizə Qara dənizdən xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus üç vaqon aşıb.
AFN.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları“ QSC məlumatı yayıb.
Məlumata görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub.