“Yasamal parkı”nda bayraqların yerə atılması iddialarına rəsmi cavab - YENİLƏNİB


Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan bayrağının yerə atıldığına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.


Bu barədə Oxu.Az-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Yasamal parkında guya ki, Azərbaycanın dövlət bayrağının yerə atılmasını iddia edən məlumat və foto birmənalı şəkildə uydurmadır və saxta xarakter daşıyır:

“Bayraq olduğu iddia edilən və yerə atılan əşya əslində uşaq əyləncə batutudur və onun boşaldılmış halıdır. Yasamal Rayon İcra Hakimiyyəti mətbuat işçilərinə yoxlanılmamış iddiaları dərc etməməyi tövsiyə edir”.

***

Paytaxtda Azərbaycan bayrağı ayaqlar altına atılıb.


Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə Yasamal rayonu ərazisində yerləşən “Yasamal parkı”nda qeydə alınıb.

Belə ki, məlum olmayan səbəblərdən dövlətimizin milli atributu yerdə toz-torpaq içindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu