Bakıda binanın lifti qırılıb, xəsarət alanlar var


Bakıda yaşayış binasında lift qırılıb.


Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu 7-ci Alatava yaşayış sahəsində qeydə alınıb. Burada yerləşən “Simpatiya MTK”nın inşa etdiyi binanın 4-cü mərtəbəsində lift qırılaraq zirzəmiyə düşüb.

Nəticədə 64 yaşlı Telnar İsa qızı, 59 yaşlı Aybəniz Rəhim qızı Balakişiyeva, 27 yaşlı Mətanət Əliağa qızı Adıgözəlova, Xaçmaz rayon sakini 36 yaşlı Rəhimə Malik qızı Poladova, Bakı sakinləri 8 yaşlı Leyla Vasif qızı Şirinova və qardaşı 9 yaşlı Nihat xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu