Benzinin fantastik qiyməti və ya bizi kimlərlə müqayisə edirlər?


İyulun 13-dən Azərbaycanda Aİ-98 (“Super”) markalı benzinin litri 2 manat 30 qəpik (1 dollar 35 sent), Aİ-95 (“Premium”) markalı benzinin litri 2 manat (1 dollar 17 sent) müəyyən edilib.


2021-ci il yanvarın 5-dən Aİ-92 markalı benzinin litri 1 manat (58 sent), dizel yanacağının litri 80 qəpikdir (47 sent).

İqtisadçı Samir Əliyev yazır ki, Azərbaycanda yanacağın qiymətini xarici ölkələrlə müqayisə edəndə iki meyar əsas götürülməlidir: “Birinci meyar kimi neft ixrac edən ölkələr, ikinci meyar kimi inkişaf etməkdə olan ölkələr seçilməlidir. Yalnız bu halda bizdə yanacağın qiymətinin başqa ölkələrdən “nə qədər ucuz olduğu” iddiasını irəli sürmək mümkündür. Reallıq isə qiymətləri artıran Azərbaycan hökumətinin xeyrinə deyil. Aİ-92-nin və dizelin qiymətləri rəsmən, Aİ-95 və Aİ-98-in qiymətləri qeyri-rəsmi tənzimlənir. Neft-qazın bahalaşması ölkəyə əlavə milyardlar qazandırdığı halda hökumət bir neçə milyonu yanacağa hədiyyə etmək istəmir.

Qazaxıstanda Aİ-95 markalı benzinin litri 40 sentə, Rusiyada 85 sentə təklif olunur. Küveytdə qiymət 30 sent, Səudiyyə Ərəbistanında 60 sentdir. Mən hələ İranı, Venesuelanı, Anqolanı, İraqı, Nigeriyanı demirəm.

Benzinin litri 2,4 avro olan Norveçlə, 2,3 avro olan Niderlandla, 1,4 dollar olan ABŞ-la müqayisə uğurlu deyil. Çünki onlar inkişaf etmiş ölkələrdir və adamların qazancı Azərbaycandan dəfələrlə yüksəkdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu