SOCAR benzinin bahalaşmasına münasibət bildirib


“Premium” və “Super” markalı benzin Azərbaycana idxal olunur. Bu benzin markaları idxal olduqları üçün onların qiymətləri beynəlxalq qiymətdən asılıdır".



Bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda “AI-95” markalı benzinin bahalaşmasına münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, yəni dünyada neftin və neft məhsullarının qiymətləri artdıqca, Azərbaycanda da benzin növlərinin qiymətləri artır. Dünyada bu növ neft məhsullarının qiymətləri azaldıqca, Azərbaycanda da azalır. Məsələn, pandemiyadan əvvəl “Premium” benzinin hər litri üçün qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə ​​bu rəqəm hər litr üçün 1,10-1,20 manata, sonra 1,25 manata düşüb, indi isə bu benzin markasının hər litri 1,40 manata yüksəlib. Yəni bu markalı benzinin qiymətinin artması dünyada neftin qiymətinin və neft məhsullarının qiymətinin artması ilə bağlıdır”.

O qeyd edib ki, bu benzin növlərinin qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır və Azərbaycanda da müvafiq olaraq onların qiyməti artıb.

İ. Əhmədov bildirib ki, ancaq “Aİ-92” və dizel yanacağı Azərbaycanda ən çox istifadə olunan yanacaq növləridir. Bu yanacaq növlərinin istehlakı ümumi istehlakın 90 faizni təşkil edir: “Bu yanacaq növləri Azərbaycanda istehsal olduğu üçün qiymətləri dövlət tərəfindən tənzimlənir. Gələcəkdə 2022-ci ildən sonra SOCAR-ın Heydər Əliyev Adına Neft Emalı Zavodu modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan sonra, Azərbaycanda da “Aİ-95” markalı benzinin istehsalı mümkün olacaq. Bundan sonra biz artıq bu yanacaq növünün idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi qiymətlə tənzimlənə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu