Qurban Qurbanovdan qələbə şərhi


“Hər bir halda futbolçularıma təşəkkür edirəm. Meydanda çox əziyyət çəkdilər. Dinamik bir komandaya qarşı oynayırdıq. Fikrimcə, səfərdəki oyunda daha yaxşı çıxış etməyə çalışmalıyıq. Biz İsveçrəyə qalib gəlmək üçün gedəcəyik”.


Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sürix”ə 3:2 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, səfərə heç-heçə düşüncəsi ilə getsək, məğlub ola bilərik:

“Qarşıda bir neçə günümüz olacaq. Səfərdə oynayacağımıza baxmayaraq, bundan da yaxşı oyun sərgiləməyə çalışacağıq. Rəqibin böyük təcrübəsi var. İlk hissədə də gördük ki, sürətli komandadır. Buna baxmayaraq, oyunu ələ aldıq. Bir qolu standart vəziyyətdən buraxdıq, digərini də özümüz etdik. Futbol səhvlər üzərində qurulub. Yenə də dediyim kimi, səfərə qalib gəlmək üçün gedəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu