Qurban Qurbanov qələbəni şərh etdi


“Futbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qalib gəldik”.


Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda “Kayrat”a qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

“Meydanda yaxşı mübarizə getdi. Hava şəraitinə, meydanın durumuna baxmayaraq, futbolçular əllərindən gələnin ən yaxşısını etdilər”, - təcrübəli məşqçi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu