Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"
![](/uploads/posts/2022-10/1666290461_1-28.jpg)
"Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis matçda yaxşı dinamikanın olduğunu bildirib: "Turan Tovuz" sona qədər mübarizə apardı. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".