Bakıda faciəli şəkildə ölən bacılar vəzifəli şəxsin övladları imiş


Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.



AFN Report-a istinadla xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu